Alpinizm idamançıların məqsədinin dağ zirvələrinə qalxmaq olduğu idam növüdür. Ancaaq bütün alpinistlər qəti şəkildə inanırlar ki, alpinizm idman növü yox,  müxtəlif bacarıq və vərdişlər tələb edən həyat tərzidir. Alpinizmlə məşğul olmaqla siz macəra, romantika, risk və təhlükələrlə dolu bir dünyaya qədəm qoyun! Alpinizm yüksəklik və dağ həvəskarları üçün ən yaxşı fəal əyləncə növlərindən biridir. Alpinizm yolu qət edərək zirvəyə çatmaq və ən əsası sağ-salamat evə çatmaq məqsədilə buz və qarla örtülü qayalar üzərində hərəkəti özündə birləşdirən, əzmkarlıq tələb edən və çətinliklərlə dolu idamn növüdür. Zirvədə şəhər və sivilizasiyaların, monoton və dünyəvi faniliyin olmadığı bir dünya var. Burada, bu dünyada alpinistlər dayanıb ətrafa baxa, gözəl və eyni zamanda vəhşi təbiətlə təmasda ola bilirlər. Bizə qoşulun, alpinizmdə öz gücünüzü yoxlayın, macəra və müxtəlif təəssüratlarla dolu yeni bir dünyanı kəşf edin. Burada həyatın hələ indi başladığının şahidi olacaqsınız!