Azərbaycanın paytaxtı Bakı şəhərində tarixi müxtəlif dövrlərə gedib çıxan saysız-hesabsız tarixi memarlıq abidələri mövcuddur.

İçərişəhər Bakının qədim tarixi özəyidir. 2000-ci ildə İçərişəhər daxilindəki Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə Azərbaycanda UNESCO tərəfindən Dünya İrsi ərazisi kimi təsnif olunan ilk məkan oldu.

Qədim Qala yaxud İçərişəhər adlanan bu ərazidə müxtəlif dövrlərə aid 50-dən çox tarixi memarlıq abidəsi mövcuddur. Şirvanşahlar Sarayı, Qız Qalası və Sınıq Qala günümüzə qədər gəlib çıxan abidələr arasındadır. Şirvanşahlar Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. O, 15-ci əsrin əvvəllərində tikilmişdir. Şirvanşahlar Sarayına tarixi kompleks, saray, divanxana, Şirvanşah türbəsi, minarələri olan Şah məscidi, hamam, Seyid Yəhya Bakuvinin türbəsi və sonrahı dövrlərdə tikilmiş qərb divanxana abidələri daxildir.

Azərbaycanın memarlıq abidəsi olan Qız Qalası Qədim Qala yaxud İçərişəhərin cənub-qərbi hissəsində yerləşir. Qala iki mərhələdə tikilmişdir. Onun alt hissəsinin ümumi hündürlüyü 29,7 metr, diametri isə 16,5 metrdir. Alt hissənin divarının qalınlığı 5 metrdir və yuxarı hissədə bu 4 metrə düşür.

Bakının başqa bir maraqlı görməli yeri, Bakıdan 30 km məsafədə Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-qərbi hissəsində yerləşən Atəşgah məbədidir. Atəşgah 17-18-ci əsrlərdə tikilmiş od məbədidir. Məbədin mərkəzi daş səcdəgahı təbii qaz yatağının üzərində yerləşir. Hazırki struktur təxminən eramızı 1713-cü ilində tikilmişdir və mərkəzi daş səcdəgahının tikintisini 1810-cu ildə tacir Kançanaqaran maliyyələşdirmişdir.

Bakının ən qədim və maraq doğuran abidələrindən biri özünün qayaüstü təsvirləri ilə dünyada məhur olan Qobustandır. Qobustan arxeoloji abidələrlə çox zəngindir; qoruqda 5.000-40.000 il əvvələ aid 6.000-dən çox qayaüstü təsvir mövcuddur. Ərazidə həmçinin hər biri Üst Paleolitdən Orta Əsrlərə qədər son Buz Dövründən sonrakı rütubətli dövrün sakinlərinin gərgin istifadəsini əks etdirən məskunlaşmış mağaralar, sığınacaqlar və qəbirlərin qalıqları mövcuddur.