NAFTALAN

Kurort müalicəsi Azərbaycanda Sovet İttifaqı dövründən bəri məşhurlaşmışdır. Hal-hazırda Azərbaycanda ürək-damar sistemi, sinir sistemi, sümük və əzələlər, periferik sinir sistemi, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, uroloji xəstəliklər və digər xəstəliklərin müalicəsi üçün istifadə olunan çox sayda sanatoriyalar mövcuddur. Azərbaycanda ən məşhur sanatoriya Azərbaycanın “qara qızılı”, “yerin arterial qanı”, “həyat qüvvəmizin təminatçısı” adlanan Naftalandır. Yeganə müalicə məqsədli mədən yağı olan Naftalan beynəlxalq əhəmiyyətə malik müalicəvi kurortudur. Kurortların şüarı “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır” kimi səslənir. Qədim dövlərdən bəri bu sanatoriya sümük-əzələ sistemi, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi ilə məşhurdur. Naftalan yağı ağrını azaldır, qan dövranını və orqanizmdə maddələr mübadiləsiniyaxşılaşdırır.

DUZDAĞ SANATORİYASI

Naxçıvan şəhərindən 12 kilometr məsafədə Naxçıvanın əsas rəmzlərindən biri olan Duzdağ yerləşir. O, dünyada ən qədim duz yataqlarından biridir. Fransız və Azərbaycanlı alimlərin fikrincə bu mədəndən istifadə 4.500 il əvvəldən başlamışdır. Buradakı duz yataqları elə zəngindir ki, onun istehsalı hələ də davam edir və duz mədənlərindən biri xüsusilə müalicə məqsədləri üçün təchiz olunmuşdur. 1979-cu ildən bəri burada “Duzdağ” fizioterapiya mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda sanatoriya tam şəkildə yenilənmiş və ərazisində 150 otaqdan ibarət beş ulduzlu otel tikilmişdir.

Naftalan Hotel Chinar