Yaponiya turistlər üçün viza alınması prosesini asanlaşdıracaq

Yaponiya turistlər üçün viza alınması prosesini asanlaşdıracaq

Icon 17.10.2018
Icon By perfectour
Icon 2 comments

Yaponiya höküməti 2020-ci ilin aprel ayında turist vizaları almaqla müraciət üçün elektron sistem tətbiq edəcək.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, elektron viza ərizə ilə müraciət prosesini asanlaşdırmaq, diplomatik nümayəndəliklərdə yüklənməni azaltmaq və miqrasiya nəzarətini gücləndirmək üçün nəzərdə tutulub.

Əvvəlcə onlayn sistem yalnız çinli turistlər üçün bir girişli qaydada əlyetərli olacaq, ardından isə digər ölkələrdən olan səyahətçilər bundan istifadə edəcəklər.

Ümumiyyətlə, Yaponiyada 2017-ci ilde verilən bütün vizaların, təxminən, 60%-i çinli qonaqlar üçün verildiyindən yenilikdən ilk onlar yararlanacaqlar. Qonaqlar turizm agentlikləri vasitəsilə onlayn qaydada turist vizaları üçün müraciet edəcəklər.

Qeyd edek ki, Yaponiya hökumeti 2020-ci ile qədər turist axınını 40 milyon, 2030-cu ilə qədər isə 60 milyon nəfərə çatdırmaq niyyətindədir.

COMMENTS (2)

Icon 17.10.2018
Icon Rasim

Ela xeberdi!!!

Reply
Icon 17.10.2018
Icon Dilber

Yegin 2030-da bir basa ucuslarda baslayar:))))))))))))

Reply

Leave a reply